Almaniya Sosial Demokrat Partiyası (SPD) Xristian Demokrat İttifaqının (CDU) üzvü, Bundestaqın deputatı Roderix Kizevetteri Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə görüşmək planları ilə bağlı açıqlamalarından sonra yalan danışmaqda ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
"Bu cür uydurma bəyanatlarla CDU/CSU fraksiyasının nüfuzlu nümayəndələri açıq-aydın Olaf Şoltsun ağlabatan xarici siyasətinə qarşı arqumentlər tapmağa çalışırlar", - deyə Parlamentdəki SPD fraksiyasının rəhbəri Rolf Mützeniç deyib.
Mützeniç CDU rəhbəri Fridrix Merzdən deputatın ifadələrini geri götürməsini və Şoltsdan üzr istəməsini təmin etməyə çağırıb. Əks təqdirdə Mützeniç deputatı məhkəməyə vermək niyyətindədir.
Qeyd edək ki, ötən gün o, Şolts və Putin arasında görüş planlarını açıqlayıb.Deputat, həmçinin bəyan edib ki, Almaniya kansleri fevralın 23-də Moskvaya səfər edə bilər.