Kerç boğazında tankerlərin qəzaya uğramasından sonra baş verən mazut sızması nəticəsində 30-dan çox delfin ölüb.

"Unikal" xəbər verir ki, bu barədə “Delfa” delfinləri xilas edən elmi və ekoloji mərkəzi məlumat yayıb.

“Fövqəladə vəziyyətdən sonra biz 61 ölü delfin qeydə aldıq, onlardan 32 nəfər dekabrın 15-dən sonra ölüb, onların ölümü çox güman ki, mazut sızması ilə bağlı idi”, - deyə məlumatda bildirilir.