ABŞ-nin müxtəlif ştatlarının səlahiyyətliləri tərəfindən hava xəbərdarlığı edilib.

"Unikal" xəbər verir ki, fırtına gözləntisi ilə əlaqədar 30 ştatda "həyəcanlı vəziyyət" elan edilərkən, vətəndaşlara evdə qalmaları tövsiyə edilib.

ABŞ-da 1500-ə yaxın reys təxirə salınıb, 2 min reys təxirə salınıb. Bundan əlavə, bəzi qatar reysləri də ləğv edilib.

Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında fövqəladə vəziyyət elan edilsə də, ağır qış şəraitinin ölkə daxilində 62 milyon insana təsir edəcəyi proqnozlaşdırılır.

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, “son 10 ilin ən güclü qarı” gözlənilir.