KXDR tərəfindən buraxılan raket Yaponiyanın Yapon dənizindəki iqtisadi zonasından kənara düşüb.
"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, indiyədək bu buraxılışdan Yaponiyaya dəyən zərər barədə məlumat yoxdur. Yapon nəzarətçiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.
Bu, KXDR-in ilk raket buraxılışı idi. Pxenyan sonuncu dəfə 2023-cü il noyabrın 5-də raket buraxıb.