Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında İsraillə əldə olunan atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 34 girovu azad etməyə razılaşıb.

"Unikal" xəbər verir ki, bu barədə “Asharq” telekanalı qrupdakı mənbəyə istinadən məlumat yayıb. 

İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahıda bir yaşlı uşaq da daxil olmaqla hərbçilərin, mülki şəxslərin və azyaşlıların adları var.

Təşkilatın anonim nümayəndəsi kanala bildirib ki, siyahı “əvvəlki danışıqların sonuncu raundunda razılaşdırılmış spesifikasiyalara cavab verir və qadınları, xəstələri və uşaqlarını əhatə edir”.

Mənbə vurğulayıb ki, qrupa bu siyahıdan kimin hələ də sağ olduğunu öyrənmək üçün təxminən bir həftə vaxt lazımdır.