YAP bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlər üçün bütün ölkə ərazisində açıq və qapalı yerlər ayrılıb: "Bunun üçün 3 min 730 açıq, 2 min 180 qapalı görüş yeri müəyyənləşib".