Hindistanın Bijapur şəhərində qiyamçı maoçu qruplaşmanın nümayəndələri polis avtobusunu partladıblar.

"Unikal" xəbər verir ki,  bu barədə "Hindustan Times" məlumat yayıb.

Onlar bildiriblər ki, əldəqayırma partlayıcı qurğunun partlaması səkkiz Rayon Ehtiyat Mühafizəsinin (DRG) əsgərinin həyatına son qoyub. Maoçuların bu hücumu Hindistan təhlükəsizlik işçilərinə son iki ildə ən böyük hücum olub.