Goranboyda 22 yaşlı evli qadın intihara cəhd edib.
"Unikal"ın məlumatına görə hadisə rayon mərkəzinə bitişik "Kəpənəkçi" yaşayış massivində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Əsədova Ayişə Nazim qızı özünü asaraq intihara cəhd edib. Doğmalarının köməyilə intihara cəhd edən xanım xilas edilib.
Məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşından boşanmaq istəyində olan xanıma mane olduqlarına görə bu addımı atdığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, o bir övlad anasıdır.
Ehtiram Muradov