Rusiya səfirliyinin nümayəndəsi Dnestryanıdakı enerji böhranı ilə bağlı bəyanatlardan sonra Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Moldova XİN-in mətbuat xidməti məlumat yayıb.

“Xarici İşlər Nazirliyi Moskvanın özünün yaratdığı böhrana görə məsuliyyətdən boyun qaçırmağa çalışan Rusiya Federasiyasının Moldova Respublikasındakı səfirliyi tərəfindən yayılan təhlükəli dezinformasiyanı qəti şəkildə rədd edir”, - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, Moldova Dnestryanı regionda enerji böhranının əsl səbəbini ört-basdır etmək məqsədi daşıdığı iddia edilən bəyanatları qəti şəkildə pisləyir. Nazirlik Rusiya diplomatik missiyasını “ikitərəfli münasibətlərə xələl gətirən və regionda vəziyyəti gərginləşdirən” hərəkətləri dayandırmağa çağırıb. Məhz bununla əlaqədar olaraq Xarici İşlər Nazirliyi Rusiya Federasiyası səfirliyinin nümayəndəsini çağırmağı əmr edib.