Gürcüstanda qaçırılan Rusiya vətəndaşının meyiti Mestia bələdiyyəsində Nakra çayında tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, yanvarın 5-də hücum edənlər Zuqdididən Mestiaya gedən iki xarici vətəndaşı qarət ediblər. Onların mobil telefonlarını oğurlayıblar, zərərçəkmişlərdən biri, 1986-cı il təvəllüdlü V.S.-yə odlu silahla xəsarət yetirilib və qanunsuz saxlanılıb.

Cinayəti gizlətmək üçün həmin şəxslər daha sonra cəsədi çaya ataraq yoxa çıxıblar.

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində polis hər iki şübhəlini saxlayıb”, - nazirliyin məlumatında deyilir.

Saxlanılanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir.