Öz istefasını elan edən Kanadanın Baş naziri Castin Trüdo Amerika tərəfinin “sadiq dostu”dur. 

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.

"Baş nazir Trüdo Kanada hökumətinin başında olduğu on il ərzində ABŞ-ninn sadiq dostu olub. Biz yaxın müttəfiqlər, qonşular və G7-nin üzvləri kimi ölkələrimizin və dünyanın üzləşdiyi bir sıra məsələlərdə sıx əməkdaşlıq etmişik ", - deyə Ağ Evin sözçüsü bildirib.

Jan-Pier əlavə edib ki, Amerikanın hazırkı lideri Co Bayden əməkdaşlığa görə Kanadanın baş nazirinə minnətdardır.

Gülayə Mecid