"Azərbaycanda yaxın zamanlar üçün elə qorxulu zona yoxdur ki, orada hansısa güclü zəlzələ gözlənilsin".
Bunu "Unikal"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, yerin daxilində geodinamik proseslər həmişə var: "Xırda təkanlar olur. İranda baş verən zəlzələ sərhədə yaxın yaşayış məntəqələrində hiss olunub".
Qeyd edək ki, bu gecə Azərbaycan-İran sərhədində 3,6 bal gücündə zəlzələ olub. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Anar Kəlbiyev