Dünyanın ən pis tıxacları olan şəhərlərin adları açıqlanıb. 

"Unikal" xəbər verir ki, bu  barədə "Inrıx" nəşri təhlil aparıb. 

Bildirilir ki, 2025-ci ildə sözügedən siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Türkiyənin 20 milyondan çox əhalisi olan ən böyük şəhəri reytinqdə Nyu-York, Çikaqo, Mexiko, London və bir sıra digər meqapolisləri geridə qoyub. Tədqiqat 37 ölkənin 900-dən çox şəhərini əhatə edib.

Analitiklərin fikrincə, şəhərdə tıxac vəziyyəti il ​​ərzində 15% pisləşib. Bir il əvvəl Çikaqo reytinqdə lider idi.  

Gülayə Mecid