ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin onunla görüş keçirməkdə maraqlı olduğunu və hazırda hazırlıqların getdiyini bildirib.

"Unikal" xəbər verir ki, o, bunu Floridadakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə çıxışı zamanı deyib. 

"Görüşmək istəyir. Biz hazırlaşırıq. Prezident Putin bunu açıq şəkildə bəyan edib", - deyə Tramp əlavə edib.

Tramp bir daha qeyd edib ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişəyə mümkün qədər tez son qoyulmalıdır.

Tramp görüşün tarixini dəqiqləşdirməyib. O, tədbirin keçirilmə yeri və Çin Sədri Si Cinpinin mümkün iştirakı ilə bağlı suallara cavab verib ki, təfərrüatlar daha sonra məlum olacaq və onları yanvarın 20-də inauqurasiya gününə qədər gözləməyə çağırıb.

Gülayə Mecid