Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs Kuçer Kostiantin Antoniviçh və Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs  Krapivin Oleq Andreyeviçhin (Oleq Bakinski) məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, cinayət işində zərərçəkmiş qismində  "Aviazapchast” ASC, "Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyəti və Valeriy Nikolayeviç Zaxarenkov tanınıb. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Kuçer Kostiantinin 8 uşağı var, ali təhsillidir. 

Oleq Krapivin tərcüməçiyə ehtiyacı olmadığını bildirib, ozünün Bakıda anadan olduğunu bildirib. 

Kuçer Konstantinin vəkili Elşad  Əliyev müvəkkilinin 221.3-cü maddəsinə ümumiyyətlə aidiyyatı olmadığını bildirib. 178.4-cü maddəyə gəlincə, qarşı tərəf 3,5 milyon avroluq iddia qoyub ortaya. Yəni nə vaxt Günay Bank qaytarsa o zaman pulu verəcəklər. Günay Bank ləvğ olunub və pullar orada dondurularaq köçürülüb bankın müxbir hesabına. Yəni fors major vəziyyət yaranıb. Bizə əmlak təklif edirlər, ancaq 3 dəfə baha qiymətə. Həmçinin Rusiyanın şirkətləri üzərinə sanksiyalar tətbiq olunduğundan yenə bu işin görülməsi başa çatmayıb. Ukrayna Müdafiə Sənayesi Nazirliyinin aviasiya məsələləri üzrə müavini olub. Pulları VTB və Günay Banka qoyub. Kiçik həcmli təyyarələrin hazırlanmasında  böyük rolu olub. Himayəsində azyaşlı uşağı olub. Köçüb Bakıda yaşayıb, evi var burada. Bunları əsas götürərək Kuçer Konstantin barədə həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə dəyişməyinizi xahiş edirəm. Həmçinin müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı müstəqil audit təşkil olunsun. Digər məsələ, zərərçəkən şəxsin köynəyi üzərində qana bənzər ləkələrin ona məxsus olması barədə bioloji nümunələr götürülsün və ekspertiza təyin olunsun, cinayət işi ibtidai istintaqa qaytarılsın. Həmçinin zərərçəkən barədə bütün Avropa ölkələri sanksiya tətbiq edib, cinayət araşdırmaları gedir. 

Xeyransa Babayeva cinayət işinin icraatının ayrılmasını istədi. Çünki zərərçəkmiş şəxs qismində tanınmış şəxsin yanında olan  Styopinin adlı şəxsin ifadəsi əsasında alınıb. Biz verilən ittihamı qəbul edirik. Dövlət başçısı tərəfindən mükafatlandırilmış bir şəxsdir, törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Yəni ev dustaqlığına buraxılsın və ayrıca icraata ayrılsın. 

Dövlət ittihamçısı isə heç bir vəsatətin qəbul olunmamasını təklif etdi. Cinayət işinin icraatının ayrılmasınıda mümkün olmadığını dedi. 

Zərərçəkən şəxsin nümayəndəsi Samir İsayevdə münasibət bildirərək qeyd etdi ki, heç bir vəsatət təmin olunmasın. Kuçer barəsində qaçaqlmalçılıqla bagli İspaniya İnterpola axtarış verib, bunula bağlı sənədlərdə var".

Oleq Bakinski belə bir münasibət bildirdi: "Mənə nəyə əsasən deyirlər mən Oleq Zaxarenkovu butulka ilə vurmuşam. Sadəcə gedib sənədləri götürəndə yıxılıb. 

Kuçer Konstiantin: "Mən Azərbaycana 5 milyon manat yatırım qoymuşam. Mən vəkilim ilə tam razıyam".

Vəkil Elşad Əliyevin vəsatəti təmin edilməsin, auditlə bağlı vəsatətə baxılması təxirə salınsın, cinayət işi baxılması üçün məhkəməyə verilsin. Məhkəmə baxışının növbəti iclası 24 yanvara təyin edilsin.

Seymur Əli