Kanadanın baş naziri Castin Trüdo yaxın aylarda planlaşdırılan istefasından sonra istirahət etmək və uşaqları ilə daha çox vaxt keçirmək niyyətindədir.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlamasında deyib.
"Mən istirahət etmək, uşaqlarımla daha çox vaxt keçirmək üçün istefa ərizəmin təsdiqlənməsini səbirsizliklə gözləyirəm", - hökumət başçısı bildirib
Trüdonun üç övladı var. 2023-cü ildə həyat yoldaşı Sofi Qrequardan boşanıb.
Xatırladaq ki, yanvarın 6-da Trüdo hakim Kanada Liberal Partiyasının sədri vəzifəsini tərk edəcəyini və yeni Liberal lider seçildikdən sonra istefa verəcəyini açıqlayıb.
Gülayə Mecid