Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya qazının tranzitinin bərpasına dair danışıqlar aparmaq üçün sərhəd yaxınlığında görüşməyi təklif edib.
"Unikal" xəbər verir ki, Slovakiyanın baş naziri müraciətində bildirib:
"Mən qarşılıqlı hörmətə əsaslanan konstruktiv dialoqu davam etdirmək istərdim".
Fitso daha əvvəl bildirmişdi ki, enerji üzrə texniki qrupun işi çərçivəsində Slovakiya Rusiya qazının tranzitini bərpa etmək üçün Ukraynaya “təzyiq” etmək niyyətindədir.
Zelenski Slovakiyanın baş nazirinin görüş dəvətinə cavab verib.
“Yaxşı, cümə günü özün Kiyevə gəl”, – deyə Ukrayna prezidenti sosial şəbəkədə yazıb.