ABŞ prezidenti Co Bayden xarici siyasətlə bağlı yekun çıxışında bildirib ki, Vaşinqtonun Kiyevə dəstəyi Rusiya ilə nüvə qarşıdurması riski yaradır.

"Unikal" xəbər verir ki, Baydenin çıxışı Ağ Evin "YouTube" kanalında yayımlanıb.

“Mənim iki vəzifəm var idi: Ukraynanın müdafiəsi üçün dünyanı birləşdirmək və iki nüvə dövləti arasında müharibədən qaçmaq. "Biz hər ikisi ilə məşğul olduq", - deyə Bayden bildirib. 

Bayden həmçinin qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstəkdən əl çəkə bilməzlər və Kiyevə yardımı davam etdirməlidirlər.

“Biz daha çox iş görməliyik. Biz çəkilə bilmərik. Biz təkcə Avropada deyil, Asiyada ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik”, - deyə o söyləyib.