“Putin Kiyevi 3 günə fəth edəcəyini düşünürdü, amma Kiyevin mərkəzində o yox, mən idim".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden yekun nitqində deyib.
"O, nə Ukraynanı, nə NATO-nu parçalaya, nə də əhəmiyyətli əraziləri ələ keçirə bildi. Biz ilk dəfə Asiya ölkələri də daxil olmaqla, Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik. Biz Ukraynaya döyüşməkdə kömək etmək üçün misli görünməmiş sursat və sanksiyalar təqdim etmişik.
Putin işğala başlayanda mənim iki məqsədim var idi: Ukraynaya kömək etmək üçün dünyanı birləşdirmək və nüvə gücləri arasında müharibədən qaçmaq. Bu gün mən Amerika xalqına deyə bilərəm ki, bizim düşmənlərimiz dörd il bundan əvvəl bu işə başladığımız vaxtdan daha zəifdir.
Rusiya son 4 ildə getdikcə zəifləyib, bunun günahkarı özləridir.
Bu gün Ukrayna hələ də azad, müstəqil, parlaq gələcək üçün potensiala malik ölkədir”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.