Yəməndəki "Husilər" hərəkatı İsrail Müdafiə Nazirliyinin Tel-Əvivdəki binasına hipersəs ballistik raketlə hücum etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat paylaşılıb.
Bildirilir ki, "Ənsar Allah" hərəkatının silahlı qüvvələrinin Təl-Əvivdə hərbi əməliyyat keçirərək, ölkənin Müdafiə Nazirliyinə “Fələstin-2” hipersəs ballistik raketi ilə zərbə endirib.
Həmçinin qeyd edilir ki, İsrail müdafiə qüvvələri raketin və zərbənin qarşısını ala bilməyib.
Gülayə Mecid