Çin səlahiyyətliləri, dünyanın ən çox istifadə edilən sosial media platformalarından biri olan "TikTok"un ABŞ əməliyyatlarını istənilən vaxt tətbiq oluna biləcək qadağadan xilas edə bilməyəcəyi təqdirdə milyarder İlon Maska satmaq variantı ilə bağlı ilkin danışıqlar aparır. 

"Unikal" xəbər verir ki,  bu barədə "Bloomberg News" nəşri məlumat dərc edib.

Məlumata görə, "TikTok"un ABŞ-dəki əməliyyatları ya rəqabətli bir proses, ya da hökumətin tənzimləməsi ilə satıla bilər. Bu, tətbiqin gələcəyinin artıq tamamilə "ByteDance"in nəzarəti altında olmadığını göstərir.

"Bloomberg"də yer alan bir ssenariyə görə, Maskın sosial media platforması "X" "TikTok"un ABŞ əməliyyatlarına nəzarət edəcək və biznesi birgə idarə edəcək. Bununla belə, xəbərlərdə qeyd olunduğu kimi, hakimiyyət hansı addımların atılacağı ilə bağlı hələlik konsensusa gəlməyib.

"TikTok" sözçüsü, xəbərlə bağlı fikrini soruşduqda isə "Tamamilə mümkün bir məsələ ilə bağlı şərh verə bilmərəm", - deyə cavab verib.