124 yaşı tamam olan çinli qadın uzunömürlülüyün sirrini açıqlayıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Qiu Çayşi 1901-ci il yanvarın 1-də anadan olub. O, təkcə doğma Nançonq şəhərinin deyil, bütün Sıçuan əyalətinin ən yaşlı sakinlərindən biridir. 

Qadın ömrünün uzun olmasının səbəbini nikbin həyatla əlaqələndirib.

"Gündəlik rejim, gündə üç dəfə yemək və həyata pozitiv baxış, bəlkə də,  bu qədər yaşamağıma səbəb olub".  Çayşi həmçinin, mütəmadi olaraq piy və düyü yeyir. 

Qadının ən kiçik nəvəsinin 60 yaşı var.  Çayşinin doğum tarixini təsdiq edən sənədlər olmasına baxmayaraq, çinli qadının yaşı beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq təsdiqlənməyib.

Gülayə Mecid