Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani və müdafiə naziri general Murhef Əbu Kasra yanvarın 15-də Ankaraya gedəcəklər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Suriya nümayəndə heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Planlaşdırılan səfərdən danışan xarici işlər naziri bildirib ki, Türkiyə 14 ildir onları tək qoymayıb.
Gündəlikdə Suriyanın yenidən qurulması, həmçinin PKK-nın nəzarətində olan ərazilərlə bağlı məsələlər müzakirə olunacaq.
Ağarza Elçinoğlu