Yanvarın 14-də Lənkəran Dövlət Dram Teatrında Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli uşaq müsiqi məktəbinin müəllim və şagird kollektivinın təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş bədii-poetik konsert proqramı keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, millət vəkili Fariz İsmayılzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bədii-poetik konsert proqramında Məhəmməd Füzulinin qəzəlləri səsləndirilib, muğamlar ifa olunub və ədəbi kompozisiyalar nümayiş etdirilib.