Bavariyada 56 yaşlı kişi həyat yoldaşını və oğlunu pizza ilə zəhərləməyə cəhd edib.
"Unikal" "Bild" qəzetinə istinadən xəbər verir ki, 55 yaşlı qadın və onun 25 yaşlı oğlunun səhhəti qəfildən pisləşib. Onlar qonşularının köməyi ilə xəstəxanaya aparılıblar. Hər iki şəxsə zəhərlənmə diaqnozu qoyulub.
Qeyd olunur ki, hadisədə şübhəli bilinən ailə başçısı saxlanılıb. Məlumata görə, 56 yaşlı kişi ailəsinə pizzanı yedizdirdikdən sonra Fransaya qaçıb. Lakin polis qısa zamanda kişini saxlayıb.
Hazırda şübhəli şəxs yaxınlarını zəhərləməyə cəhddə şübhəli bilinərək həbsdədir.
Müstəntiqlərin fikrincə, kişi pizzaya bitki zəhəri qatıb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli