"Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu".
"Unikal" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"la oyunda sonra keçirilən mətbuat kofransında deyib.
Gənc mütəxəssis Misli Premyer Liqasının 19-cu turunda səfərdə 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib: "Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Amma onlar da, yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi. Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq. Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik. Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq".
Qeyd edək ki, "Şamaxı" 17 xalla 7-ci pillədə qərarlaşıb.