Samuxda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınlb.
Kür yolu ilə hərəkətdə olan minik maşını eşşək arabasını vurub. Nəticədə eşşək arabasında olan bir nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisəni törədən şəxs Samux şəhər sakini, 45 yaşlı Məhərrəm İsmayılov rayonda fəaliyyət göstərən "Vətənpərvərlər" İctimai Birliyinin sədridir.
Tural Əhmədov