İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər. 

DİN-in Mətbuat Xidmətindən "Unikal"a bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.