Cəlilabad rayonunda yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, rayonun Maşlıq kəndi ərazisində qeydə alınıb.
Belə ki, əvvəlcə Seymur Əmirovun idarəetdiyi "VAZ 2107" markalı minik avtomobili Azər Süleymanovun idarəetdiyi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Daha sonra "Mercedes" yolun kənarında dayanan "Qazel" markalı sərnişin mikroavtobusuna çırpılıb. Qəza nəticəsində sürücülərdən biri S. Əmirov müxtəlif bədən xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev