Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bütün nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər:
"70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. Min məntəqədə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya 30-u bütün nəticələri açıqlayacağıq".
MSK sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.