Eriteriyadakı vətəndaşlarımız barədə noyabr ayında məlumat daxil olan kimi XİN diplomatik fəaliyyətə girişib.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Nə Azərbaycanın Eriterya ilə, nə də Eriteriyanın Azərbaycanla diplomatik münasibətləri var. Ancaq həm XİN, həm də Nəqliyyat və Yükdək Texologiyalar Nazirliyi Xəzər Dəniz Gəmiçiliyilə əlaqələndirilmiş şəkildə müxtəlif diplomatik missiyalarımız vasitəsilə fəaliyyətdəyik. Ankara və Moskva səfirliyi, eyni zamanda Nyu-York daimi nümayəndəliyi, qardaş Türkiyənin bu ölkədəki nümayəndəliyi vasitəsilə əlaqələr qurulub. Bu proses davam edir. Son həftələr ərzində danışıqlarda müsbət dinamikanı görmüşük”,- nazir deyib.