Rusiya və ABŞ arasında dialoq iki ölkənin mühüm rolu nəzərə alınmaqla bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulmalıdır.

"Unikal" xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirədə deyib.

“Vurğulamaq istərdim ki, biz heç vaxt dialoqdan imtina etməmişik və istənilən Amerika administrasiyası ilə bərabərhüquqlu əməkdaşlıq münasibətlərini saxlamağa həmişə hazırıq. Mən bu barədə artıq dəfələrlə danışmışam. Biz dialoqun bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulacağından çıxış edirik və ölkələrimizin qlobal gündəmdə olan bir sıra əsas məsələlər, o cümlədən strateji sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə oynadığı mühüm rolu nəzərə alırıq", - deyə Putin bildirib. 

Putin həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib.

“Biz ABŞ-nin yeni seçilmiş prezidentinin və onun komandasının üzvlərinin Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatını görürük. Bizim heç bir günahımız olmadan, gedən administrasiya tərəfindən münasibətlər kəsilib. Yeni prezidentin Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair bəyanatlarını da eşidirik. “\Əlbəttə, biz bu münasibəti alqışlayırıq və ABŞ-ın yeni seçilmiş prezidentini vəzifəyə başlaması münasibətilə təbrik edirik”, - deyə Putin bildirib.