Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) bu ilin mart ayında beyin fəaliyyətinə birbaşa təsir göstərə və xəstələrin əhval-ruhiyyəsini yaxşılaşdıra bilən implantı sınaqdan keçirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Amerikanın "Forest Neurotech" təşkilatı tərəfindən hazırlanmış implant kəllənin altına yerləşdirilsə də, beyinə nüfuz etmir. O, neyronların fəaliyyətini oxuyur və onlara fokuslanmış ultrasəs ilə təsir edir.

Tərtibatçılar ümid edirlər ki, implant depressiya, epilepsiya və obsesif-kompulsiv pozğunluğu müalicə etməyə kömək edəcək, xüsusən də ənənəvi üsullara cavab verməyən xəstələrin həyatını dəyişə bilər. 

Gülayə Mecid