İran məhkəməsi “Tataloo” səhnə adı ilə tanınan məşhur reper Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.

"Unikal" xəbər verir ki, musiqiçi dini həqarətdə, o cümlədən də Məhəmməd peyğəmbərin statusunu təhqir və inkar etməkdə təqsirli bilinib.

Bildirilir ki, hökm qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.

37 yaşlı reper 2023-cü ilin dekabrından İranda həbsdədir. O, həmçinin fahişəliyi təbliğ etdiyi üçün 10 il müddətində azadlıqdan məhrum edilib.