Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
***10:50
Bu gün Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"XİN rəhbərləri Rusiya-Ermənistan münasibətlərinin bütün kompleksi, Aİİ və Avrasiya məkanında digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq, dünya gündəmində duran aktual məsələlər ətrafında hərtərəfli fikir mübadiləsi aparacaqlar. Əsas diqqət Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq üçün Cənubi Qafqazdakı vəziyyətə yönələcək.
Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, qarşılıqlı fəaliyyətin praktiki məsələlərinin irəliləməsinə kömək edəcək, Transqafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək", - məlumatda deyilir.
Qeyd edək ki, Mirzoyanın Blinkenlə ABŞ-də strateji tərəfdaşlıq müqaviləsi imzalamasından və ölkənin Aİ-yə yaxınlaşması addımlarından sonra, Rusiya tərəfi İrəvan diplomatiyasının rəhbərini Moskvaya çağırmışdı.
Ağarza Elçinoğlu