Rusiya və Misir prezidentləri Vladimir Putin və Əbdülfəttah əs-Sisi telefon danışığı zamanı iki ölkədə həyata keçirilən iri layihələrin gedişatını müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Ticarət-iqtisadi, kənd təsərrüfatı və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı cari məsələlər hərtərəfli araşdırılıb”, - mətbuat xidmətindən bildirilib.

Söhbət zamanı Misir və Rusiya başçıları iki dövlət arasında əlaqələrin möhkəmləndirilməsi yollarını müzakirə ediblər. Digər məsələlərlə yanaşı, tərəflər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağında atəşkəs razılaşması, Livan və Suriyadakı mövcud vəziyyət də müzakirə mövzusu olub.