Ermənistanda "missiya" yerinə yetirən Aİ müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədindən çıxarılması məsələsi müzakirə olunur.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb.
Qeyd olunub ki, bu, hələlik tərəflər arasında razılaşdırılmamış sülh müqaviləsinin bəndlərindən biridir.
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu barədə açıqlamasında istənilən cavabı verməyib. O, bildirib ki, Azərbaycan belə bir tələb irəli sürüb və Ermənistan tərəfi müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib: "İstisna etmirəm ki, sərhədimiz müəyyən edilmiş nöqtələrdə, məsələn, Kirants bölgəsində müşahidə missiyası həyata keçirməyə ehtiyac qalmayacaq. İstisna etmirəm, amma dəqiq bir şey deyə bilmərəm".
Ağarza Elçinoğlu