Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı Türkiyə xalqına başsağlığı verib.
"Unikal" xəbər verir ki, YAP-ın rəsmi sosial media hesablarında paylaşılan başsağlığında qeyd edilib:
“Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində insanların həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi bildiririk. Faciədə həyatını itirənlərin ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirik”.