Türkiyənin Elazığ vilyətinin Karakoçan rayonunda 73 yaşlı təqaüdçü müəllim Əhməd Misrani Derin intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
O, intihar etməzdən əvvəl məzar daşını hazırlayaraq üzərinə bu sözləri yazıb: "Etdiyi hər yaxşılıqdan zərər görən Şair Misrani".
Məlumata görə, onun evin bağçasından asılmış meyitini yoldan keçənlər aşkar edib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu