Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində ölüm hökmü qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə İran Ədliyyə Qurumunun sözçüsü Əsgər Cahangir deyib.
Qərar ölkənin Ali Məhkəməsi tərəfindən təsdiq edilib.
Qeyd olunub ki, Yasin Hüseynzadə adlı şəxs barəsində ölüm hökmü çıxarılıb: "İş hökmün icrası üçün Tehranın Cinayət Məhkəməsinə göndərilib. Qarşı tərəf (zərərçəkənin valideyni - red.) qisas tələb edən kimi, hökm icra olunacaq".
Ağarza Elçinoğlu