"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.
Bildirilir ki, keçmiş futbolçu, həmçinin ictimai xadim Leonid Qozman da sözügedən siyahıya daxil edilib.
Xatırladaq ki, Qozman Rusiya ordusu haqqında yalan məlumat yaydığına görə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.