“Sabah” kapitanı Elvin Camalovla yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə paytaxt təmsilçisinin rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
Qeyd edək ki, Camalovun "Neftçi"yə keçəcəyi gözlənilir.