Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planlaşdıran “beynəlxalq ekspertlər” qrupunun fəaliyyət göstərdiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar slovak lideri yanvarın 23-ə Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib.

“Təsdiq edə bilərəm ki, ölkədə Gürcüstan hadisələrində, o cümlədən Ukraynadakı “maydan”da (hərəkatında) aktiv iştirak etmiş “beynəlxalq ekspertlər” qrupu fəaliyyət göstərir”, - deyə Fitso mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, həmin qrup müxtəlif mənbələrdən maliyyələşir. Fitso qeyd edir ki, etiraz aksiyaları zamanı həmin fəallar hökumət binasına daxil olub onu zəbt etməyə çalışacaq.