Kartalkaya xizək kurortunun yaxınlığındakı hoteldə baş vermiş yanğına görə Türkiyədə iki məmur saxlanılıb.
"Unikal" xəbər verir ki, saxlanılanlar Bolu bələdiyyə sədrinin müavini və yerli yanğınsöndürmə idarəsinin rəis müavinidir. Onların həbsi yanğınla bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib. Bundan əvvəl isə "Gran Kartal" otelinin sahibi də daxil olmaqla 9 nəfər saxlanılmışdı.
İstirahət mərkəzində yanğın yanvarın 21-nə keçən gecə baş verib. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub və 76 nəfər həyatını itirib. Yanvarın 22-də Türkiyədə milli matəm elan edilib.