Avropa Liqasının Liqa mərhələsinin VII turunda Türkiyənin "Beşiktaş" klubu doğma meydanında İspaniyanın "Atletik Bilbao" komandasını qəbul edib.

"Unikal" xəbər verir ki, oyun Türkiyə klubunun tam üstünlüyü ilə keçib. "Qara qartallar" 4 qol vurublar, öz qapılarından isə 1 top buraxıblar. Ev sahiblərinin heyətində Milot Raşitsa dubla imza atıb. Hərəyə bir dəfə də Rafa Silva və Joao Mario fərqləniblər - 4:1.

Bu nəticədən sonra xallarını 9-a çatdıran İstanbul təmsilçisi 18-ci pilləyə yüksəlib. Bilbao klubu isə 16 xalla 2-ci pillədə qərarlaşıb.