Yanvarın 23-də Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev Ermənistana işgüzar səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Xarici İşlər Nazirliyində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüş keçiriləcək, bundan sonra nazirlər mətbuata açıqlamalar verəcəklər", - məlumatda deyilir.