ABŞ-nin keçmiş prezidenti Co Bayden varisi Donald Trampa vida məktubunda prezidentlik müddəti boyunca “onun üçün dua edəcəyini” vəd edib.
"Unikal" xəbər verir ki, Baydenin yazdığı məktubu "Fox News" yayımlayıb.
“Amerika xalqı və dünyanın hər yerindən insanlar tarixin qaçılmaz fırtınaları zamanı bu "bina"nın sabitliyinə ümid edir. Dua edirəm ki, növbəti dörd il xalqımız üçün firavanlıq, sülh və lütf dövrü olsun. Allah ölkəmizə xeyir-dua verdiyi və rəhbərlik etdiyi kimi sizə xeyir-dua versin və hidayət etsin", - deyə məktubda qeyd edilir.