Türkiyənin Kartalkaya dağ-xizək kurortu böyük yanğından sonra "Grand Kartal" hotelinin sökülməsinə qərar verilib.

"Unikal" xəbər verir ki, bu barədə “Habertürk” hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin ekspertləri ekspertiza keçirib və bu qərar qəbul edilib. Ekspertlər 1978-ci ildə tikilmiş 12 mərtəbəli mehmanxananın əsas konstruksiyalarına ciddi ziyan dəydiyini aşkar edərək, gələcəkdə binadan istifadənin mümkünsüz olduğu qənaətinə gəliblər.