Filippinin Mindanao adasında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 5 min nəfər əhalisi olan Siokon şəhərindən yeddi kilometr şimal-şərqdə yerləşir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.