"On minlərlə cinayətkar - terrorçular və qatillər ABŞ-dədir və maneəsiz şəkildə ölkədə gəzirlər".
"Unikal" xəbər verir ki, bunu Vaşinqton administrasiyasının yeni rəhbəri Donald Tramp deyib.
O, andiçmə mərasimindən sonra "Fox News"a verdiyi ilk müsahibəsində “Ölkəmizdə minlərlə terrorçu, on minlərlə qatil var”, - deyib.
"İnsanlar həbsxanalarını boşaltdılar. Mən başqa ölkənin prezidenti və ya baş naziri olsaydım, həbsxanalarımı boşaltardım və cinayətkarların birbaşa ABŞ-a girməsinə icazə verərdim, niyə də olmasın? Və çoxları bunu etdi", - Tramp ifadə edib.
Respublikaçı bu vəziyyəti demokrat Co Baydenin əvvəlki administrasiyasının siyasəti ilə əlaqələndirib.
Gülayə Mecid